Bu ilin yanvar-sentyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC xaricə 30,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 milyon dollar və ya 28,9% azalma deməkdir.
Ötən ilin müvafiq dövründə şirkətin ixracatı 42,6 milyon dollar olmuşdu.














