İqtisadçı Samir Əliyev hesab edir ki, bank lisenziyasının ləğv edilməsi prosesi “Günay Bank” ASC ilə yekunlaşmayacaq.
“Bu gün bağlanan bankda 1950 manat pulum batdı”
FED.az xəbər verir ki, onun sözlərinə görə, bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir:
"Bu, həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir",- Samir Əliyev bildirib.
Qeyd edək ki, “Günay Bank” ASC-nin lisenziyasının ləğv edilməsindən sonra Azərbaycanda fəaliyyət göstərən bankların sayı 25-dən 24-ə düşüb.(Marja)