Azərbaycanda açıq bankçılıq modelinin tətbiqi müştərilər üçün maliyyə məhsullarının və xidmətlərinin əlçatanlığının artırılması ilə yanaşı müxtəlif xidmət haqlarının azaldılmasına səbəb olacaq.
Eləcə də bax: Azərbaycanda bankların xalis mənfəəti 700 mln. manata - YAXINLAŞIR
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankınin İnformasiya texnologiyaları departamentinin layihə rəhbəri Sahib Həsənov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, AMB-nin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, açıq bankçılıqla bağlı müxtəlif ölkələrin fərqli yanaşmaları var və onlar requlativ və sektor tərəfindən tətbiq yanaşması kimi iki kateqoriyaya bölünür:
“Requlativ yanaşma zamanı, requlyator API standartlarını müəyyənləşdirir, tətbiqetmə planlarını hazırlayır və banklar qarşısında API tətbiqin tələbləri qoyulur. Sektor tərəfindən tətbiq yanaşmasında həm requlyator, həm də banklar özü API standartlarını hazırlamalı və bu halda API-ların tətbiqi məcburi xarakter daşımır. Keçirilən sorğular və beynəlxalq praktikanı nəzərə alaraq Azərbaycanda requrativ yanaşmasını tətbiq ediləcəyi qərara alınıb”.
S. Həsənov bildirib ki, beynəlxalq praktikada müxtəlif API standartları mövcuddur: "Artıq 60-dan çox ölkədə API standartları tətbiq olunur. Burada standartlar həm dövlət qurumları tərəfindən, həm də, müxtəlif banklar tərəfindən tətbiq oluna bilər. Hazırda ən populyar standart “Berlin group” təşkilatı tərəfindən hazırlanan “Nextgenpsd” standartıdır. Bu standart bütün Avropa səviyyəsində istifadə olunur”.(Report)