3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitəcəkdir.
AZ2004004589 İSİN kodlu istiqrazların yerləşdirilməsi 19 mart 2026-cı il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2004004589 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
50,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
5,000,000 manat |
|
İllik gəlirlilik faizi |
10% |
|
Ödəmə Periodu |
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir |
|
Tədavül müddəti |
1 il |
|
Ticarətə buraxılma tarixi |
19.03.2026 |
|
Anderrayter |
ABB-İnvest İnvestisiya Şirkəti” QSC |












