Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində işlərini davam etdirir.
Görülən tədbirlər sırasında növbəti addım Bankın daha bir xidmət strukturunun – müasir formatda, rəqəmsal konseptdə yenidən qurulmuş “Mərkəz” filialının yeni ünvanda müştərilərin istifadəsinə verilməsidir.
Bankdan FED.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Xaqani küçəsi 103A ünvanda yerləşən filial Bankın yeni innovativ xidmət şəbəkəsində daha bir modern ofisidir.
Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda bankın müştərilərinə müxtəlif növ kreditlər, ödəniş kartları, depozit qutularının icarəsi də daxil olmaqla bank xidmətləri göstərilir.
Müştərilərin burada terminallardan özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Filialda bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur
Yaxın vaxtlarda Bankın digər xidmət ofisləri də öz fəaliyyətini eynilə bu konsepsiya üzərində davam etdirəcəkdir.
Qeyd edək ki, Bank ötən ilin sonlarında müasir tipli “Rəqəmsal” filialını müştərilərin ixtiyarına vermişdir.
Azər Türk Bank klassik bank modelindən uzaqlaşmaq, modernləşdirilmiş elektron xidmət şəbəkəsi qurmaq niyyətindədir.
Bankın son dövrdə qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.
Daha ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.