Dövlət bankı Azər Türk Bank iyun ayının 1-dən başlayaraq fiziki şəxslərə, onların orta aylıq xalis gəlirlərindən asılı olaraq, 30 000 manatadək kreditləri zaminsiz təklif edir.
"Azər Türk Bank"dan sahibkarlar üçün - «FAKTORİNQ KREDİT XƏTTİ
FED.az xəbər verir ki, bu istehlak kreditləri üzrə illik faiz dərəcəsi 12,5%-dən başlayır.
24, 36, 48 ayadək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi, 13%, 14%, 15% səviyyəsindədir. Kreditlər üzrə komissiya - 0%.
Azər Türk Bankın internet səhifəsində krediti onlayn sifariş vermək olar.
Kampaniya 25 iyun daxil olmaqla həmin tarixədək qüvvədədir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.