Dövlət bankı Azər Türk Bank qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar Google Pay və Apple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində həyata keçirilən əməliyyatlar üzrə növbəti kampaniyaya start verir.
15 aprel tarixindən etibarən:
- marketlərdə;
- kulinariya;
- geyim;
- aksesuar mağazalarında;
- restoranlarda;
- YDM-lərdə;
- səhiyyə müəssisələrində
mobil cihazlar vasitəsilə təmassız ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 5% həcmində cashback hesablanacaqdır.
Kampaniyanın müddəti 30 aprel daxil olmaqla həmin tarixədəkdir.
Xatırladırıq ki, cashback ay ərzində toplanaraq hər növbəti ayın 5-də müştərinin hesabına real pul vəsaiti kimi qaytarılır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.