Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2022-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq, 407,3 milyon manat səviyyəsində olmuşdur.
FED.az xəbər verir ki, bankın kredit portfelinin həcmi 226,1 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 35% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 15% yüksəlməklə 35,8 milyon manat, xərclər 35,2 milyon manat olmuşdur.
2021-ci ildə Bank 546 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 30% çoxdur.
Bankın məcmu kapitalının həcmi 51,2 milyon manat olmuşdur.
Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 22 %, leverec əmsalı 12% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir.
Cəmi bank öhdəliklərinin həcmi 350,3 milyon manat səviyyəsindədir.
Əhali tərəfindən Banka 42,7 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 161,8 milyon manat həcmində depozit cəlb etmişdir.
Bankın müştərilərinin sayı il ərzində 2 dəfədən çox artmaqla 200 min nəfəri keçmişdir.
Bankın məhsul və xidmətləri barədə məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə etmək olar.