Bank

"Azər Türk Bank" - Kredit Faizlərini Endirdi

"Azər Türk Bank" - Kredit Faizlərini Endirdi | FED.az
10:29 9 Mart 2021

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanı yeni və daha sərfəli şərtlərlə davam etdirir.

Eləcə də bax: «Azər Türk Bank»dan sahibkarlara ödənişsiz və endirmli - MÜHASİBAT VƏ MƏSLƏHƏT XİDMƏTLƏRİ

Beləi ki, 9 mart 2021-ci il tarixdən etibarən “İstehlak” kreditləri müştərilərə endirilmiş faizlərlə təklif edilir.

Kampaniya ərzində 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.

Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Kampaniyanın müddəti 9 aprel 2021-ci il tarixinədəkdir.

Ətraflı məlumatı https://atb.az/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Banner

Digər xəbərlər