Dövlət bankı Azər Türk Bank kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün əlverişli şərtlərlə kredit məhsulu təklif edir.
FED.az xəbər verir ki, ümumi müddəti üç ilədək nəzərdə tutulmuş bu kreditin məbləği 200 000 manata qədərdir. Kreditlərin illik faiz dərəcəsi 7,5%-dən başlayır.
Bundan əlavə, kiçik və orta biznes sahiblərinə Bank tərəfindən təklif olunan kreditin illik faiz dərəcəsi müştəri ilə birgə müəyyən ediləcəkdir.
Belə ki, müştərinin bankla əməkdaşlıq səviyyəsi, o cümlədən, hesabları üzrə apardığı əməliyyat növləri və həcmi, kredit üzrə təklif olunan təminat və digər hallar əsas götürülərək standart kredit faiz dərəcəsinə əhəmiyyətli endirimlər tətbiq ediləcəkdir.
Kiçik və orta biznes krediti almaq istəyən hüquqi şəxslər onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın müştərisi ola bilərlər.
Qeyd edək ki, Azər Türk Bankda hesab açan hüquqi şəxslər maaş layihələri üçün istənilən sayda əməkhaqqı kartları, biznes kartı, sahibkar kartını pulsuz əldə edə biləcək, ATB Business internet - bankçılıq sisteminə daxil olmaqla 100 manat məbləğində bonus qazanacaq, cash-back loyallıq proqramından faydalanacaqlar.
Daha ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.