Bu gündən etibarən Rabitəbank müştəriləri banka məxsus istənilən plastik kartla təmassız ödəmə üsulu - Apple Pay xidmətindən istifadə edə biləcəklər. Artıq ödəniş kartını başqasına ötürmək, POS-terminalının düymələrinə toxunmaq və ya pulqabında nağd pul saymaq dövrü geridə qaldı!
Təhlükəsizlik və məxfilik Apple Pay-in əsas üstünlükləridir. Apple Pay-ə əlavə etdiyiniz kredit və ya debet kartının məlumatları cihazda və ya Apple serverlərində saxlanmır. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur. Apple Pay-ə qoşulmaq da olduqca sadədir: Wallet tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb, oradakı təlimatlara əsasən Rabitəbank kredit və ya debet kartınızı əlavə etməyiniz kifayətdir. Apple Pay işarəsi görəcəyiniz istənilən məkanda elektron cihazınızı POS-terminala yaxınlaşdırmaqla ödənişinizi tamamlayırsınız. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir.
Bununla yanaşı, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad, iWatch və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brauzerlərində açılmış saytlarda rahat və ani alışveriş edə bilərlər. Beləliklə, artıq qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmır.
Apple Pay ailəsinə qoşulmuş müştərilər Rabitəbankın öz kart istifadəçilərinə təklif etdiyi keşbek bonusu və endirimlərdən yararlanmağa həmişəki qaydada davam edəcəklər.
Apple Pay haqqında daha çoxu ilə http://www.apple.com/apple-pay/ saytında tanış ola bilərsiniz.
Daha ətraflı - (RABİTƏBANK LANDİNG PAGE APPLE PAY)
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.