Martın 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin, martın 28-də isə Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında “Dəmir Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət “AGBank”a məxsus Qəbələ şəhəri, Mirzə Fətəli Axundov küçəsində yerləşən 94,49 kv.metrlik fərdi evdən və “Dəmir Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 69 ünvanında yerləşən 485,9 kv.metrlik 4 mənzildən gedir. "AGBank"ın əmlakına 57,5 min manat, "Dəmir Bank"ın əmlaklarına isə 2,05-2,25 milyon manat, ümumilikdə isə 8,7 milyon manat qiymət qoyulub.