AFB Bank Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına 50% endirimli xüsusi kampaniyaya start verir!
1 Fevral -1 Mart tarixlərində AFB Bankdan kredit götürən Fövqəladə Hallar Nazirliyinin bütün əməkdaşları rəsmiləşdirmə komissiyasına 50% endirim əldə edəcəklər.
Bankdan verilən məlumata görə, kampaniya çərçivəsində FHN əməkdaşlarına 30 000 AZN-dək kredit illik faiz dərəcəsinə 2% endirim tətbiq edilməklə veriləcək.
Müştərilər illik 14%-ə qədər endirilmiş krediti 48 aya qədər rahat ödəmə üstünlüyünü qazanacaqlar. Həmçinin , 20 000 AZN-dək krediti zaminsiz və sığorta haqqı tutulmadan, eyni zamanda növbəsiz və çevik rəsmiləşdirmə ilə əldə edəcəklər.
“AFB Bank”ın təqdim etdiyi “FHN işçilərinə 50% endirim kampaniyası”ndan yararlanmaq üçün link-dən onlayn sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı www.afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.