Cari ilin ilk rübündə "AFB Bank" 1 milyon 780 min manata xalis əməliyyat mənfəəti əldə edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Hesabata əsasən bankın xalis əməliyyat mənfəətində 794 min manat (80%) artım qeydə alınıb.
2023-ci ilin ilk rübündə bu göstərici 990 min manat təşkil edib.