Azərbaycanın aparıcı banklarından olan «AFB BANK» ASC partnyor şəbəkəsinin qurulması xidmətinin satın alınması üzrə tender alan edib.
FED.az xəbər verir ki, elanda bildirilir:
Tenderin adı: “AFB BANK” ASC tərəfindən partnyor şəbəkəsinin qurulması xidmətinin satın alınması.
Tenderin elan tarixi: 14.06.2022
Tenderin son tarixi : 14.07.2022
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- Tender təklifi 14.08.2022 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Partnyorluq xidmətinin bazar tələblərinə uyğunluğu;
- Bank tərəfindən tələb edilən göstəricilərin xidmətlərin təşkilində nəzərə alınması;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təklifdə ödəniş şərtləri, xidmətin təhvil müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 13.07.2022-tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.