AFB Bank” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.
Tenderin adı: “AFB BANK” ASC tərəfindən “Daxili auditin keyfiyyətinin beynəlxalq standartlara uyğun olaraq kənar auditor tərəfindən qiymətləndirilməsi” xidmətinin satın alınması.
Tenderin elan tarixi: 13.01.2023
Tenderin son tarixi : 23.01.2023
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- Tender təklifi 15.02.2022 tarixinə kimi qüvvədə olmalıdır;
- Oxşar xidmətlərin icrası haqqında məlumat;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin düzgün qaydada icrası və ən gec 30.04.2023 tarixinə kimi təhvil verilməsi;
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təklifdə ödəniş şərtləri, xidmətin təhvil müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 23.01.2023-cü il -tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.