AccessBank-ın qadın sahibkarlar üçün nəzərdə tutulmuş Access2Success layihəsinə qeydiyyat davam edir. AccessBank-ın bu təşəbbüsü Asiya İnkişaf Bankı tərəfindən maliyyəşdirilir və mikro, kiçik və orta biznesləri idarə edən sahibkar xanımları dəstəkləmək məqsədi daşıyır.
AccessBank “Ən Yaxşı İşçi Məmnuniyyəti Strategiyası” üzrə - QALİB SEÇİLDİ
Proqram haqqında: Proqram nəzəri və praktiki təlimlərdən ibarətdir və biznes təcrübəsi olan xanımlar üçün nəzərdə tutulub. Biznesin əsas elementlərini əhatə edən proqram iştirakçılar və təlimçilər arasında effektiv kommunikasiya üçün platforma rolunda çıxış edir.
İştirakçılar proqramdan nə əldə edəcəklər: Proqram sahibkarlara nəzəri biliklərlə yanaşı, biznes fəaliyyətlərində praktiki olaraq istifadə edəcəkləri bilik və bacarıqlar da təqdim edəcək. Təlim proqramı sayəsində iştirakçılar bizneslərinin inkişafı üçün fəaliyyət planı qura biləcəklər. Bundan əlavə, proqramın iştirakçıları bizneslərinin gələcək inkişafı üçün AccessBank-dan xüsusi təkliflər əldə edəcəklər.
Sessiya mövzuları: Sessiyalar biznesin strateji inkişafı, dövlət qurumlarına hesabatların verilməsi, satış və marketinq (o cümlədən rəqəmsal marketinq), elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edəcək.
Tarixlər: Təlimlər 6 həftə, hər həftənin cümə və şənbə günləri keçiriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq.
Tələblər: Proqrama ən azı son 6 ay ərzində rəsmi biznes fəaliyyəti olan, mikro, kiçik və orta biznes idarə edən istənilən sahibkar xanım qatıla bilər.
İştirak üçün müraciət: Proqramda iştirak üçün mütləq şəkildə qeydiyyatdan keçmək lazımdır: https://forms.office.com/r/PAueusRp6d
Müraciət üçün son tarix: 03.05.2023
Proqramla bağlı suallarınızı [email protected] elektron ünvanına yaza bilərsiniz.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.