Bu ilin 3-cü rübündə "AccessBank" 1 milyard 121 milyon manat kredit portfelinə malik olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 107,9 milyon manat (11%) böyüyüb.
Onun da 237,1 milyon manatını istehlak, 874,3 milyon manatını biznes kreditləri, 10,2 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 9,6 milyon manat (4%), biznes kreditləri 94,3 milyon manat (12%), ipoteka kreditləri 4 milyon manat (65%) böyüyüb.
Ümumi kredit portfelinin 48,3 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 1 milyard 73 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 104,9 milyon manat, başqa sözlə 11% artım deməkdir.
Bununla yanaşı bu dövrdə istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 21,1%, biznes kreditlərinin payı 78%, ipoteka kreditlərinin payı isə 0,9% olub. Ötən ilin üçüncü rübündə istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 22,4%, biznes kreditlərinin payı 76,9%, ipoteka kreditlərinin payı isə 0,6% təşkil edib. Biznes kreditlərinin payı ötən ilin sonu ilə müqayisədə 1%, ipoteka kreditlərinin payı isə 0,3% yüksəlib.