AccessBank son dövrlər xaricə köçürmə əməliyyatlarında çətinliklərlə üzləşən hüquqi şəxs və fərdi sahibkarlar üçün xüsusi xidmət təklif edir.
Xidmətə əsasən, yeni müştərilər - hüquqi şəxslər və fərdi sahibkarlar AccessBank hesabları vasitəsilə xaricə ABŞ dolları və Avroyla SWIFT əməliyyatları həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər.
Təklif yeni müştərilərin ilk ay ərzində məcmu halda 200 000 AZN ekvivalentindən artıq olmayan köçürmələrinə şamil edilir.
Qeyd edək ki, AccessBankı-ın Amerika və Avropanın nəhəng maliyyə qurumlarında xarici valyutada müxbir bank hesabları var.