Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank, həm daxili, həm də xarici vəsaitlər hesabına ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqda davam edir.
Bankdan FED.az-a daxil olan məlumta görə, xarici vəsaitlər müvafiq dövlət fond və agentliklərinin hesabına sahibkarlara təklif olunur. AccessBank-ın bu istiqamətdə əməkdaşlıq etdiyi dövlət qurumlarından biri də Sahibkarlığın İnkişafı Fondudur. Fond cari ilin 1 oktyabr tarixinə güzəştli kreditlər üzrə ən çox sayda kredit verən 5 müvəkkil kredit təşkilatının adını açıqlayıb. AccessBank 273 milyon AZN-lə sahibkarlara dəstək olan qurumlar arasında ilk pillədə qərarlaşıb.