Azərbaycanın aparıcı banklarından, mikro, kiçik və orta biznes sahəsinin maliyyələşdirilməsi üzrə bazar liderlərindən olan «AccessBank» 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Eləcə də bax: Access2Success təlimlərə - BAŞLADI
Göstəricilər ilə tanış olmaq üçün: Bank rəqəmlərdə (accessbank.az)
FED.az xəbər verir ki, beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən hesabat «PricewaterhouseCoopers» beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənib.
Hesabata əsasən 2021-ci ilin sonuna «AccessBank»ın xalis mənfəəti 4.3 milyon manat təşkil edib.
2021-ci ilin sonuna bankın aktivləri 889 milyon manat təşkil edib ki, onun da mühüm hissəsi kredit portfelində cəmləşib - 67%.
Bankın kredit portfeli 30% artaraq 598 milyon manata çatıb. 2020-ci illə müqayisədə kredit portfelinin artması hesabına xalis faiz gəlirləri də 3,8 milyon manat artıb.
2021-ci ildə Bankın ümumi depozit portfeli isə 10% artaraq 707 milyon manat təşkil edib.