Müştərilərinin rahatlığını düşünən “AccessBank” xidmətində yenilik edib. Belə ki, Bank, ATM şəbəkəsini pilləli şəkildə yeniləməyə başlayıb. “AccessBank”ın paytaxt filiallarında yeni nəsil ATMlər – “Ncr Selfservice” müştərilərin xidmətinə verilib. “Touch-screen” ATM-lərin özəlliyi özünəxidmət funksiyasına malik olmalarındadır. ATM-lər standart məxaric əməliyyatları ilə yanaşı, həm də karta mədaxil və yerində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirdə bilir. ATM-lərin bu funksiyaları sayəsində “AccessBank” müştəriləri cari əməliyyatları 24\7 rejimində yerinə yetirə biləcəklər. Yeni ATM-lərin ilin sonunadək Bankın bütün filiallarında quraşdırılması nəzərdə tutulub.
"AccessBank” istifadəyə - Yeni Nəsil ATM-lər Verir
10:35
21 İyun 2021