Bu ilin ilk rübünün nəticələrinə görə "AccesBank"ın 1 milyard 186 milyon 235 min manata çatıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə kredit portfeli ötən ilin sonu ilə müqayisədə 34 milyon 685 min manat (3%) böyüyüb.
Kredit portfelinin 245 milyon 608 min manatını istehlak, 924 milyon 246 min manatını biznes, 16 milyon 381 min manatını isə ipoteka kreditləri təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə istehlak kreditlərində 6 milyon 466 min manat (3%) biznes kreditlərində 22 milyon 366 min manat (2%), daşınmaz əmlak kreditlərində isə 5 milyon 853 min manat (56%) artım qeydə alınıb.