ABB (Azərbaycan Beynəlxalq Bankı) səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi tamamlandıqdan sonra özəl sektorun oradakı payı 7.8 faizə yüksəlib.
FED.az xəbər veirir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov mətbuat konfransında bildirib.
ABB cari ilin ikinci yarısından etibarən yeni səhmlər üzrə abunə yazılışı elan etmişdi və bu səhmlərin ümumi həcmi 322 milyon ədəd olub. Bununla belə, sifarişlərin cəmi həcmi 206.01 milyon təşkil edib.
Yeni səhmlərin buraxılışından sonra ABB-yə 35 105 yeni səhmdar gəlib.
Səhmlər ümumilikdə reallaşan həcmi 56.53 milyon manat təşkil edib. Bu da öz növbəsində bankın nizamnamə kapitalının artımına səbəb olub. Beləliklə, özəl sektorun ABB-dəki payı 95.29 faizdən 92.2 faizə düşüb.