“ABB Bank” ASC pulu nədən qazanır?
Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin proqnozunu - STABİLDƏN POZİTİVƏ YÜKSƏLTDİ
FED.az Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) gəlir mənbələrini təqdim edir .
ABB bankın çoxsaylı filial şəbəkəsi, fərqli istiqamətdə layihələrdə iştirakı, biznesin bütün təbəqələrinin maliyyələşdirilməsindəki aktivliyi, eləcə də internet bankinq və bank kartları üzrə fəaliyyəti ona müxtəlif istiqamətlərdən gəlir əldə etməyə imkan verir.
Ölkədə gəlirlərin həcminə görə ABB ikinci yeri tutur. 2023-ci ilin üçüncü rübünün nəticələrinə görə, “Azərbaycan Beynəlxalq Bankı (ABB)”ın ümumi gəlirləri 742 milyon 598 min manat təşkil edib.Bankın gəlirlərinin böyük hissəsi – 334 milyon 417 min manatı və ya bütün gəlirlərin 45%-i kredit portfelinin gəlirlərindən formalaşıb.Bank komissiya haqlarından 99 milyon manatdan çox gəlir əldə edib – bu bütün gəlirlərin 13%-ni təşkil edir. Valyuta əməliyyatlarından isə daxil olan məbləğ – 49 milyon 441 min manatdır. Qeyd edək ki, ABB valyuta əməliyyatlarından ən çox gəlir əldə edən bankdır .ABB-nin digər bir gəlir mənbəsi qiymətli kağızlardır – 2023-ci ilin üçüncü rübündə bank bu sahədən 91 milyon 887 min manat gəlir əldə edib – ümumi gəlirlərin 12%-i bu sahədən daxil olub. ABB-nin başqa banklarda saxladığı depozitlər isə bankı 85 milyondan artıq gəlir ilə təmin edib – bütün gəlirlərin 11%-i. Başqa banklarda kredit ayırmaqla 1 milyon 212 min manat gəlir əldə olunub – bütün gəlirlərin 1%-i həcmində . Bütün bunlardan başqa, ABB digər faiz və qeyri-faiz gəlirləri olaraq üçüncü rüb ərzində 81 milyondan artıq vəsait əldə edib. Ümumiyyətlə, “Azərbaycan Beynəlxalq Bankı (ABB)”ın ümumi gəlirlərində faiz gəlirləri 76%, qeyri-faiz gəlirləri 24% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
334 417 |
45% |
QK-a investisiyadan gəlir |
91 887 |
13% |
Digər banklara depozitlərdən gəlirlər |
85 319 |
20% |
Digər banklara kreditlərdən gəlirlər |
1 212 |
1% |
Komissiya haqları |
99 314 |
13% |
Valyuta əməliyyatlarından gəlirlər |
49 441 |
6% |
Digər faiz gəlirləri |
8 |
1% |
Digər qeyri-faiz gəlirləri |
2 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
742 598 |
100% |