Unibank dünən sistemində yaranmış texniki problemlər ilə əlaqədar olaraq müştərilərindən üzr istəyib.
FED.az xəbər verir ki, bank açıqlamasında qeyd edib ki, problem, balans faylının formalaşdırılması zamanı baş vermişdir. Bunun nəticəsində 3000 müştərinin hesabına yanlış olaraq əlavə məbləğ yüklənmiş, 25 000 müştəridən isə vəsait silinmişdir.
"Bayramqabağı yaranmış bu vəziyyətlə bağlı sənin kimi biz də çox məyus olduq. Sənə narahatlıq və çətinlik yaratdığımız üçün üzr istəyirik! Üzrxahlığımızı qəbul etməyini istəyirik və bildiririk ki, 30 dekabr - 2 yanvar tarixlərində BÜTÜN MARKETLƏRDƏ alış-verişlərə 5% keşbek hədiyyə edirik! Hədiyyəmiz Unibankın bütün müştərilərinə şamil olunur", - Bankın məlumatında bildirilir.