"İnanıram ki, bu ili daha yüksək inkişaf göstəriciləri ilə başa vuracağıq”.
FED.az xəbər verir ki, bunu Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.
Eləcə də bax: "Unibank" 2020-ci ili mənfəətlə - Başa Vurub
Faiq Hüseynov qeyd edib ki, hamımızın yadında Zəfər ili kimi qalan 2020-ci il, pandemiya ilə bağlı çətin sınaqlar səbəbindən həyatımızın bütün sahələrinə təsir edən proseslərlə də xatırlanacaq:
“İqtisadiyyat üçün o qədər də asan keçməyən ötən ili bütün çətinliklərə baxmayaraq, bankımız müsbət göstəricilərlə başa vurdu. Komandamızın gərgin əməyi, bu gün bazarın əsas tələbi olan rəqəmsallaşmaya keçid prosesinə bir neçə il öncədən başlamağımız, top-menecmentin vaxtında verilmiş operativ qərarları bu göstəricilərin əldə olunmasında vacib rol oynadı. 2021-ci il də ümumiyyətlə ölkəmiz və bankımız üçün çox vacib və inkişaf proseslərinin sürətlənməsi ili olacaq. İnanıram ki, bu ili daha yüksək inkişaf göstəriciləri ilə başa vuracağıq”.
Qeyd edək ki, Unibank 2020-ci ili 11 milyon manat mənfəət ilə başa vurduğunu açıqlayıb. 2020-ci il ərzində bankın aktivlərinın həcmində 4 % artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 816 milyon manat təşkil edib. Ümumi kredit portfeli il ərzində 60 milyon manat (və ya 12%) artaraq 567 milyon manata çatıb.
Ötən ilin nəticələrinə görə, Bankın məcmu kapitalının həcmində 3 % artım olub. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 83 milyon manata çatıb.