"S&P Global Ratings" agentliyi bu il G20 ölkələrinin yarısından çoxunu əhatə edən qlobal bank sektorunun 2023-cü ilədək böhrandan əvvəlki səviyyəyə qayıda bilməyəcəyini proqnozlaşdırır.
Eləcə də bax: Rusiyada 100-ə yaxın - Bank Bağlana Bilər
FED.az xəbər verir ki, reytinq agentliyinin yaydığı məlumata görə, pandemiya başlayandan qlobal bank sektorunda 335-dən çox maliyyə institutununu müxtəlif göstəricilər üzrə reytinqləri endirilib və bankların dayanıqlıq reytinqlərinin böhrandan əvvəlki səviyyələrə qayıtmaqda çətinlik çəkəcəyi gözlənilir.
Agentlik qeyd edir ki, inkişaf etməkdə olan ölkələrin banklarının 2020-ci ildə kredit itkilərinin kəskin artacağı ehtimalı yüksəkdir. Eyni zamanda, sonrakı illərdə vəziyyətin tədricən yaxşılaşması üçün potensialın olduğu da qeyd edilir.
APA