ABŞ-ın "First Republic Bank"ı (FRB) Kaliforniya Maliyyə Mühafizəsi və İnnovasiya Departamenti (DFPI) tərəfindən Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) təhvil verilib, eyni zamanda bu korporasiya bankın depozitlərini və aktivlərini almaq üçün "JPMorgan Chase"dən müraciəti qəbul edib.
ABŞ-ın bank sistemi - “Mənfi” Statusa Keçib
FED.az xəbər verir ki, məqsəd əmanətçiləri qorumaqdır.
FDIC-in açıqlamasında qeyd edilir ki, aprelin 13-nə FRB-nin aktivləri 229,1 milyard dollar və əmanətləri 103,9 milyard dollar olub. Satınalma şərtlərinə əsasən, səkkiz ştatda 84 FRB yeri JPMorgan Chase xidmət mərkəzləri olaraq yenidən açılacaq.
Bakı vaxtı ilə saat 12.06-a olan məlumata görə, First Republic Bank-ın səhmləri 34,47% ucuzlaşaraq 2,3 dollara düşüb.
First Republic Bank-ın səhmləri bank sektoru ilə bağlı narahatlıqlar səbəbindən mart ayında yenidən ucuzlaşıb. Fevralın sonunda bankın səhminin qiyməti təxminən 123 dollar idi. (Marja)