Qızıl – zinət əşyalarının girovu ilə rəsmiləşdirilən nağd pul kreditləri (bundan sonra “Lombard” kreditləri) istehlak kreditlərinin bir növüdür. Bu kredit məhsulunun digər istehlak kreditlərindən əsas fərqi kreditin rəsmiləşdirilməsi zamanı ərizəçinin rəsmi gəlirinə dair heç bir tələbin olmamasıdır. Həmçinin heç bir bank Sizdən zamin də tələb etməyəcək. Lombard kreditlərinin məbləğinin təyin edilməsi zamanı LTV əmsalından istifadə edilir.
LTV (loan to value) – kreditin əsas məbləği, komissiyaları və kredit müddəti ərzində hesablanacaq faizlərin cəminin girovun (qızılın) dəyərinə olan nisbətidir. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən banklara qoyulmuş tələbə əsasən bu əmsal 70%-dən çox ola bilməz. Hal-hazırda Lombard kreditlərinin satışı baxımından bir çox BOKT-lar və xırda Lombard şirkətləri bazarda ciddi pay sahibidirlər. Lombard kreditlərinin prosedurları – qızılın qiymətləndirilməsi, kreditin ödənilməmə halında qızılın satılması və s. bir qədər qəliz olunduğundan bu məhsul bütün banklarda təklif edilmir. Lakin buna baxmayaraq ölkənin bir sıra aparıcı bankları analoji məhsulun satışında maraqlıdırlar təklif edilir. FED.az Lombard kreditləri təklif edən banklar və onların əsas şərtləri barədə məlumatları sizlərə təqdim edir:
Bank | Maksimal məbləğ | Müddət | İllik faiz dərəcəsi | Müştəri tərəfindən ödənilən komissiyalar | |
Kreditə görə | Qızılın qiymətləndirilməsinə görə |
||||
Atabank | 10 000 AZN | 36 ayadək | Kreditin müddəti
12 ayadək – 22% 13 – 24 ay – 24% 25 – 36 ay – 26% |
1% | Komissiya yoxdur |
Amrahbank | 20 000 AZN | 24 ayadək | Kreditin məbləği
300 – 5000 – 30% 5001 – 10 000 – 28% 10 000 – 20 000 – 27% |
Kreditin məbləği
5000-dek – 2% (min.10 AZN) 5000-den çox – 1% (min 10 AZN) |
Qızılın dəyəri
1000-dek – 5 AZN 1001 – 2000 – 15 AZN 2000 – dən çox – 20 AZN |
Bank BTB | 10 000 AZN | 24 ayadək | 22.8% | Nağdlaşdırma komissiyası – 1%
Rəsmiləşdirmə komissiyası: 3 – 12 ay olan kreditlərdə – 1% 13 – 24 ay olan kreditlərdə – 3% Əlavə olaraq – 5 AZN |
Qızılın dəyəri
2550 – dek – 10 AZN 2551 – 5100 – 20 AZN 5100 – dən çox – 30 AZN |
Bank Respublika | 30 000 AZN | 36 ayadək | Kreditin müddəti
6 aylıq – 26% 12 aylıq – 30% 18 aylıq – 32% 24 və 36 aylıq – 34% |
1% | 10 AZN |
Express Bank | 15 000 AZN | 30 ayadək | Kreditin məbləği
300 – 5000 – 30% 5001 – 10 000 – 28% 10 000 – 15 000 – 26% |
1% | Qızılın dəyəri
1000 – dek – 10 AZN 1001 – 2500 – 15 AZN 2501 – 10 000 – 20 AZN 10 000 dən çox – 30 AZN |
Rabitə Bank | 10 000 AZN | 25 ayadək | 30% | 0% | 10 AZN |
Turanbank | Fərdi baxılır | 24 ayadək | Kreditin müddəti
3 ayadək – 22% 4 – 6 ay – 25% 7 – 12 ay – 32% 13 – 18 ay – 34% 19 – 24 ay – 36% |
1% | Qızılın dəyəri
3000 – dek – 10 AZN 3001 – 7000 – 15 AZN 7001 – dən çox – 20 AZN |