Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu STP şirkətlər qrupunun dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid və qazi ailələri üçün ənənəvi “Tarix yazan qəhrəmanlar” aksiyasını keçirdi.
“Qırmızı ürəklər” Fondunun - 2 YAŞI TAMAM OLDU!
FED.az xəbər verir ki, aksiya çərçivəsində Qarabağ müharibəsinin 220 qazi və şəhid ailəsi ziyarət edilib və bayram hədiyyələri təqdim olunub. Sumqayıtda həyata keçirilən aksiyada “Qırmız Ürəklər”in, STP-nin və Kapital Bank-ın könüllüləri iştirak edib. “Tarix yazan qəhrəmanlar” aksiyası ötən illərdə də bayram ərəfəsində keçirilib.
“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.




![“Qırmızı ürəklər” qazi və şəhid ailələrini - [red]TƏBRİK ETDİ![/red] | FED.az](upload/news/small/4276752.jpg)
![“Qırmızı ürəklər” qazi və şəhid ailələrini - [red]TƏBRİK ETDİ![/red] | FED.az](upload/news/small/933765.jpg)
![“Qırmızı ürəklər” qazi və şəhid ailələrini - [red]TƏBRİK ETDİ![/red] | FED.az](upload/news/small/17003.jpg)
![“Qırmızı ürəklər” qazi və şəhid ailələrini - [red]TƏBRİK ETDİ![/red] | FED.az](upload/news/small/4068819.jpg)
![“Qırmızı ürəklər” qazi və şəhid ailələrini - [red]TƏBRİK ETDİ![/red] | FED.az](upload/news/small/4504446.jpg)









