Bu ilin birinci yarısına olan maliyyə hesabatına görə "PAŞA Bank" 1 mlyrd 449 mln 657 min manat kredit verib. FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 35.2% çoxdur.
Bankın verdiyi kreditlər arasında problemli olanları da var. Belə ki, verilən ümumi kreditlərin 24 mln 346 min manatı vaxtı keçmiş kreditlərdir.
Bank ən çox krediti qeyri-istehsal və xidmət sahələrinə verib. Bu sahəyə verilən kreditin məbləği 341 mln 236 min manat olub. İkinci ən çox kredit ticarət sahəsinə verilib. Tacirlərə ayrılan kreditin məbləği 270 mln 523 min manat təşkil edib.
"PAŞA Bank" fiziki şəxslər (istehlak və ipoteka) kreditlərinə 211 mln 464 min manat ayırıb. Bankın kənd təsərrüfatı sahəsinə ayırdığı kredit isə 151 mln 648 min manat olub.
Bankın problemli kreditlərinə gəlincə isə verilən kreditlər arasında vaxtı keçmiş kreditlər elə ən çox kənd təsərrüfatında qeydə alınıb. Belə ki, adı çəkilən sahəyə verilən kreditin 10 mln 098 min manatı vaxtı keçmiş kreditlər olub. Bank üçün ikinci ən çox problem yaradan tikinti sahəsi olub. Bu sahəyə verilən kreditlərin 4 mln 652 min manatını vaxtı keçmiş kreditlər təşkil edib.
"PAŞA Bank"ın verdiyi kreditlərin heç də hamısı problmeli olmayıb. Belə ki, banka kreditdə heç bir problem yaratmayan sahələr İnformasiya və Rabitə, mədən çıxarma sənayesi və Elektrik enerjisi və Qazın istehsalı sahələri olub ki, bu sahələrə ayrılan kreditlərin geri qaytarılmasında problem olmayıb.
Bankda vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib.
"PAŞA Bank"ın qeyri-standart kreditlərinin cəmi 143 mln 952 min manat təşkil edib ki, bu da kredit portfelinin 9.9% deməkdir.
Bankın qeyri-standart , daha dəqiq desək problemli kreditlərinin 128 mln 056 min manatı qeyri-qənaətbəxş kreditlər olub ki, bu məbləğ də kredit portfelinin 8.8% təşkil edib.
Bankın qeyri-standart kreditlərində əhlükəli kreditlərin məbləği 4 mln 261 min manat təşkil edib ki, bu məbləğin də kredit portfelində xüsusi çəkisi 0.3% olub. Bankın ümüdsiz kreditlərinin məbləği isə 11 mln 636 min manatdır ki, bu məbləğin də kredit portfelində xüsusi çəkisi 0.8% təşkil edib.
Qeyri-standart kreditlərinin həcmi 10 faizə çatır – BANK HESABATI
14:34
23 İyul 2019