Cari ilin ilk rübündə qeyri-faiz xərcləri ən yüksək və ən aşağı olan bankların adları məlum olub.
FED.az bu barədə bankların qeyri-faiz xərclərinin həcmi üzrə hazırladığı renkinqə istinadən xəbər verir.
Belə ki, ilk rübün nəticələrinə görə “Kapital Bank” 167 milyon 727 min manat göstərici ilə lider olub.
“Kapital Bank”dan sonra ikinci pillədə “Paşa Bank” olub. Bankın qeyri-faiz xərcləri 106 milyon 525 min manat təşkil edib.
Üçüncü pillədə isə 96 milyon 595 min manat göstərici ilə Azərbaycan Beynəlxalq Bankı-ABB qərarlaşıb.
“Unibank”ın qeyri-faiz xərcləri 44 milyon 2 min manat təşkil edib.
Beş bankın qeyr-faiz xərcləri 20, dörd bankın qeyri-faiz xərcləri isə 10 milyon manatı keçib.
Göstəriciləri aşağı olan banklar isə “Naxçıvanbank” (1 milyon 979 min manat) və “Bank Avrasiya” (1 milyon 656 min manat) olub.