2024-cü ilin III rübündə Azərbaycanda ən yüksək qeyri-faiz xərclərinə malik olan bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, III rübdə ən yüksək qeyri-faiz xərci göstəricisi olan bank “Kapital Bank” olub – 569,7milyon manat.
İkinci ən yüksək qeyri-faiz xərci göstəricisi 352,6 milyon manatla “Azərbaycan Beynəlxalq Bankı”da olub.
“Paşa Bank”da isə bu göstərici 268,6 milyon manat təşkil edib.
Bu rüb “Unibank”ın qeyri-faiz xərcləri 145,6 milyon manat təşkil edib.
Bununla yanaşı 15 bankda qeyri-faiz xərcləri 10-100 milyon manat araında olub.
Hesabat rübündə "Bank Avrasiya"da qeyri-faiz xərcləri 6 milyon manat. "Bank Melli İran"ın Bakı filialında isə 1,25 milyon manat olub.