2018-ci ilin ilk 9 ayında Azərbaycanda fəaliyyət göstərən banklar 386 mln 185 min manat qeyri-faiz gəlirləri əldə ediblər.
FED.az hazırladığı bankların 2018-ci ilin 3-cü rübü üçün qeyri-faiz gəlirlərin renkinqinə istinadən xəbər verir ki, hesabat dövründə 30 bankdan qeyri-faiz gəlirləri ən çox olan 5 bank bunlardır: Kapital Bank (110 730 min manat), Beynəlxalq Bank ( 80 716 min manat), AG bank ( 23 464 min manat), Paşa Bank (22 352 min manat) və Bank Respublika (18 563 min manat). Bu 5 bankın qeyri-faiz gəlirlərinin ümumi məbləği 255 mln 825 min manat təşkil edib və bu məbləğin ümumi məbləğdə xüsusi çəkisi 66,24% olub.
Eləcə də bax: Qeyri-faiz gəlirləri ən çox və az olan banklar – RENKİNQ (1.10.2018)
Qeyri-faiz gəlirləri ən az olan 5 bank bunlardır: Naxçıvan Bank ( 2 701 min manat), Bank of Baku (2 504 min manat), NBC Bank ( 2 224 min manat), Bank Avrasiya(1 002 min manat), Bank Melli İran(460 min manat).
Banklaran 2 bank “Access Bank” və “Pakistan Milli Bank” bu dövrdə qqeyri-faiz gəlirləri əldə etməyib.