Banner

Bank

QDTİB üzv ölkələrinə - 900 MİLYON AVRO YÖNƏLDƏCƏK

QDTİB üzv ölkələrinə - 900 MİLYON AVRO YÖNƏLDƏCƏK | FED.az
12:06 13 Aprel 2020

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) koronavirus pandemiyasından ən çox zərər çəkmiş sektorlara və sənaye sahələrinə kömək etmək məqsədilə banka üzv olan ölkələrə təxminən 900 mln. avro yönəltmək niyyətindədir.

Eləcə də bax: Aİ COVID-19-la mübarizə üçün Azərbaycana - 14 MİLYON AVRO AYIRIB

FED.az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq bankdan bildirilib.

QDTİB-dən qeyd ediblər ki, bunlar geri qaytarıla bilən vəsaitlərdir, hansılara ki, kiçik və orta bizneslərin hazırda girişi son dərəcə məhduddur. Proqramda vəsaitin iqtisadiyyatının müsbət tərəfə dəyişə biləcək ölkələrə veriləcəyi nəzərdə tutulur.

Bundan əlavə, bank biznes planlar, texniki-iqtisadi əsaslandırma və ətraf mühitə təsirin qiymətləndirilməsi də daxil olmaqla layihələrin hazırlanmasını asanlaşdırmaq məqsədilə müştərilərə kömək üçün əlavə texniki xidmətlər təklif edəcək.

Qeyd edək ki, QDTİB-in Azərbaycan üzrə portfeli 123 mln. avro təşkil edir. Ötən ilin sentyabr ayında bu göstərici 100 mln. avrodan bir qədər çox idi.

Digər xəbərlər

Banner