AFB Bank-ın dəstəyilə Qurban Bayramı günü münasibətilə “Qazilərimizə Qurban Payı” adlı sosial aksiya keçirilib. 44 günlük Vətən müharibəsində torpaqların azadlığı uğrunda canlarından keçmiş cəsur qazilərimizin ailələri ziyarət edilib. Sosial aksiya çərçivəsində qazi ailələrinə qurban payları və gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində AFB Bank, mütəmadi olaraq müxtəlif sosial tədbirlər və layihələr həyata keçirdir.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC 7 filial və 4 şöbəsi ilə həm hüquqi , həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.