Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokaev ölkənin Milli Bankının paytaxta köçürülməsi ilə bağlı sərəncam imzalayıb.
Eləcə də bax: Qazaxıstanda dollar kəskin bahalaşdı – MƏRKƏZİ BANKDAN AÇIQLAMA
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 1 iyul 2020-ci il tarixinədək Qazaxıstan Respublikası Milli Bankının Almatı şəhərindən paytaxt Nur-Sultan (əvvəlki Astana) şəhərinə köçürülməsi təmin edilsin.
Xatırladaq ki, 11 noyabr 2019-cu ildə Baş bankir postuna ölkənin Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi başçısı Mədinə Abylkasymova gətirilib.