Qazaxıstan fondu Azərbaycan istiqrazlarının bir qismini satıb.
Qazaxıstan Mərkəzi Bankının tabeliyindəki "Vahid Təqaüd Yığım Fondu" SC (Fond) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin onun qarşısında olan öhdəliklərinin restrukturizasiyası nəticəsində əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb.
Eləcə də bax : “Tesla”nın xalis zərəri 700 milyon dollardan çox olub
"FED.az" bu barədə qazax mətbuatına istinadən xəbər verir.
Məlumata görə, söhbət dəyəri 29,8 mlrd. tengə (təxminən 134 milyon manat və yaxud 79 milyon ABŞ dolları) olan qiymətli kağızlardan gedir. Hazırda Fondun portfelində 54,8 mlrd. tengə (təxminən 247 milyon manat və yaxud 145 milyon dollar) dəyərində həmin istiqrazlardan qalıb.