"Bank Fridom Finans Kazaxstan" SC Azərbaycan bazarında fəaliyyətini genişləndirməkdə maraqlıdır.
AMB ötən ili 64 milyon manat - ZƏRƏRLƏ BİTİRİB
FED.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin məsləhətçisi Aydos Jumaqulov deyib.
Onun sözlərinə görə, söhbət prosessinq mərkəzləri ilə mümkün inteqrasiyadan, bank kartlarının emissiyasından gedir.
O qeyd edib ki, SC bu istiqaməti Azərbaycanda və digər ölkələrdə nəzərdən keçirir.
"Biz bu inteqrasiyanın imkanlarını, eləcə də bank kartlarının emissiya imkanlarını sınaqdan keçirəcəyik", -deyə o bildirib.
Jumaqulov vurğulayıb ki, "Bank Fridom Finans Kazaxstan" SC-nin broker biznesi Azərbaycan da daxil olmaqla 16 ölkənin bazarlarında mövcuddur və müştərilər rəqəmsal mühitdə SC-də hesab aça və digər əməliyyatları həyata keçirə bilərlər.
"Biz üçüncü ölkələrdə broker biznesini bu ölkələrin tənzimləyici siyasətinə uyğun olaraq lokallaşdırırıq. Neo-bankçılığın (rəqəmsal bankçılıq) inkişaf imkanları böyük ölçüdə tənzimləyicidən asılıdır və hər bir ölkənin öz qaydaları var. Müxtəlif ölkələrdə eyni halları təkrarlamaq mümkün deyil. Qazaxıstanda banklar kifayət qədər texnoloji cəhətdən inkişaf ediblər və eyni Avropadakı qərarların praktikasına əsaslanmayan öz tendensiyalarını və aparıcı həllərini qura bilərlər. Avropadakı maliyyə texnologiyalarının böyük bankların şəxsi məlumatlarına çıxış imkan var və GDPR qaydalarına arxalanırlar. Avropadakı biznesimiz onların tənzimləyicisinin qaydalarına, MDB ölkələrində, ABŞ-da və digərlərində - onların öz qaydalarına uyğunlaşdırılıb. Rəqəmsal mühitdə bank xidmətlərinin göstərilməsi konkret ölkənin qaydalarına uyğunlaşma baxımından çox əlverişlidir", - deyə o bildirib.
Onun sözlərinə görə, "Bank Fridom Finans Kazaxstan" SC ölkədən kənarda bank fəaliyyətini genişləndirməyi hədəfləyir.
"Bankımızın tarixi hələ Qazaxıstandakı tarixdir. Biz bu təcrübədən necə istifadə edə biləcəyimizi və brokerlərimizin olduğu ölkələrdə onu necə genişləndirə biləcəyimizi, prosessinq mərkəzləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Xüsusilə, biz Azərbaycan bazarına çıxmaqda maraqlıyıq", - deyə o əlavə edib. (Trend)