“Qara Dəniz Ticarət və İnkişaf Bankı olaraq Azərbaycan banklarına verdiyimiz borcların restrukturizasiya nəticəsində bəzi banklardan pay almışıq. Amma bu bizim strateji baxışımız deyil”.
FED.az xəbər verir ki, bunu Bankın prezidenti Dmitri Pankin deyib.
“Biz yalnız bank sektoruna maliyyə dəstəyi verə bilərik. Pay almaq isə bizim strategiyamıza uyğun deyil”, - deyə o, qeyd edib.