Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bank VTB-nin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin ilə görüşdə təşkilatın işini yüksək qiymətləndirib və VTB-nin “ölkə üçün əhəmiyyətli banka” çevrildiyini bildirib.
Eləcə də bax: “Bank VTB (Azərbaycan)”a sədr - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, “Andrey Leonidoviç, bankın inkişaf tempinə, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən belə bir statusa sahib olduğuna görə, Sizi və bütün komandanızı işin nəticələrinə görə təbrik edirəm, sizə təşəkkür edirəm", - deyə Rusiya lideri bildirib.
Putin Kostinə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni də təqdim edib. Dövlət başçısı müvafiq sərəncamı avqustun 6-da imzalayıb. Dövlət mükafatı Rusiya Federasiyasının maliyyə-bank sisteminin inkişafı və möhkəmlənməsinə verdiyi böyük töhfəyə, uzun illər vicdanlı əməyə görə verilib. (Marja)