DəmirBank fiziki şəxslərlə yanaşı hüquqi şəxslər üçün də sərfəli şərtlərlə müxtəlif əmanət növlərini təklif edir. Belə ki, müştərilər istəklərindən asılı olaraq “Standart”, “Ehtiyyat” və “Sərbəst” əmanətlərin üstünlüklərindən faydalana bilərlər.
“Standart” əmanət növünü seçdikdə müştərilər həm yüksək faiz dərəcələrindən faydalanmaq, həm də qeyd olunan faiz gəlirlərin aylıq, rüblük və ya müddətin sonunda götürmək imkanını əldə edirlər. Qeyd olunan əmanət AZN, USD, EUR, GBP valyutalarında açıla bilər.
“Sərbəst” əmanət növünün əsas üstünlüyü əmanətin qismən cəriməsiz vaxtından əvvəl çıxarılması, “Ehtiyyat” əmanətinin isə vəsaitlərin istənilən vaxt artırılması imkanıdır. Hər iki əmanəti AZN və USD valyutalarında yerləşdirmək mümkündür.
Bundan əlavə, fərdi sahibkarlar və hüquqi şəxslər DəmirBank-da cari hesabın açılması, əmək haqqı layihələri, POS-terminalların quraşdırılması və onlara texniki dəstəyin göstərilməsi kimi məhsul və xidmətlərdən pulsuz yararlana bilərlər.
Bankla əlaqə saxlamaq üçün: Məlumat Mərkəzi: (012) 149