Azərbaycan banklarında iş adamlarına kredit ayırmaq üçün istənilən qədər vəsait var, bu krediti aşağı faizlərlə ayırmağa da hazırdırlar. Amma kredit götürmək istəyən iş adamlarının sayı olduqca azdır, olanların isə etibarlılıqla bağlı ciddi problemləri var.
Eləcə də bax: "Bank sektoru üçün uğurlu olub" – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə jürnalistlərlə görüşündə «Unibank»ın idarə heyətinin sədri Faiq Hüseünov bildirib.
Bank, biznes, kredit münasibətlərinə toxunan bankirin sözlərindən məlum olur ki, indi biznes kreditlərində faizlər olduqca aşağı səviyyədədir: «Dollar kreditlərində ilik 5-6%, manatda isə etibarlı müştəriyə hətta 10%-lə ayırmağa hazırıq. Dollar kreditində onsuz da müəyfən məhdudiyyətlər var, amma məzənnə sabitdirsə, bu da problem deyil. Manatla kreditlər isə 10%-lə verilir. Sadəcə bazarda kredit götürmə qabiliyyəti çox aşağıdır. Maaşlar və pensiyaların yüksəlməsinə, əhalinin gəlirlərinin artmasına baxmayaraq biznesinii kreditlərə tələbatı azalır. Niyə? Bu sualdır».
«Pul üstündə oturmuşam, pul verməyə yerimiz yoxdur»
İş adamlarının davamlı olaraq kredit verməməkdə şikayələndiyi Azərbaycan bank sektorunun əsas təmsilçilərindən olan «Unibank» rəhbəri bildirir ki, bazarda yeni müştərilər (biznes götürmək istəyən yeni iş adamları) demək olar yoxdur: «Yeni müştəri görmürük. Köhnə müştərilərin isə əksəriyyəti işləsə də, genişlənmirlər».
F.Hseynov bildirir ki, bankların, o cümlədən «Unibank»ın biznes krediti vermək üçün kifayət qədər vəsait var: «Necə deyərlər, pul üstündə oturmuşam, pul verməyə yerimiz yoxdur».
Hazırda Bankın kreditlərinin 40%-i biznes sektorunun payına düşür, amma bu məbləği xeyli artırmaq imkanı var. Müştəri olsa, problem deyil.
«Girovu yoxdur, milyonlarla kredit istəyir»
Bank rəhbərinin sözlərindən məlum olur ki, iş adamlarının bir hissəsi bank-biznes münasibətlərini düzgün təsəvvür etmir. «İş adamlarının əksəriyyəti nə istədiyini özü də bilmir. Belələri girovsuz kreditlər istəyir. Sahibkar var, girovu yoxdur, bizdən milyonlarla kredit istəyir, ona necə kredit verə bilərik?!»
Bank rəhbəri bildirir ki, biznes kreditlərin artımı imkanları dəfələrlə Mərkəzi Bankla da müzakirə edilib. Amma, onun sözlərindən məlum olur ki, burada banklardan asılı olan məsələ azdır, əsas problemlər bank sektorundan kənardadır.
«Girov hərracı tamamilə dəyişməlidir»
Bankların əsas problemi - hansı ki, müştərilərin əksəriyyəti ondan xəbərsizdir, məhkəmə sistemi və məhkəmə qərralarının icrası ilə bağlıdır. FED.az məhkəmə prosesinin aylarla, bəzən illərdə davam etməsi və bunun banklara yaratdığı problemlər barədə indiyədək də dəfələrlə yazıb.
İndi isə məlum olur ki, digər ciddi problem girovların satışı ilə bağlı hərraclardır: «Bu sahədə bütün hərraclar bir neçə iki şirkətin əlində cəmlənib, bu da girovların normal qiymətə satılıb kreditlərin bağlanmasında böyük problemlər yaradır. Dövlət başçısının çoxsaylı tapşırıqlarından sonra bu proses yerindən tərpənib, amma hələ də vəziyyət lazım olan səviyyəyə çatmayıb».
Yenilənir...