Azərbaycanda tətbiqi gözlənilən yeni mexanizm nəticəsində pul köçürmələrinin bir neçə saniyəyə həyata keçirilməsi mümkün olacaq. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Alim Quliyev bildirib.
Eləcə də bax: Azərbaycandan Gürcüstana köçürülən pulların məbləği artıb
Onun sözlərinə görə, maliyyə sektorunun inkişafı üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq AMB ölkədə Ani Ödənişlər Sisteminin yaradılmasına başlayıb. Bu Sistem işə düşdükdən sonra vəsaiti ödəyənlə vəsaiti alan arasında hesablaşma əməliyyatları 5-10 saniyə ərzində tam başa çatacaq.
Eləcə də bax: İrana qarşı sanksiyalar Azərbaycana da təsir edəcək - ŞƏRH
A.Quliyev bildirib ki, sistemin yaradılması ilə ödəniş xidmətləri fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olacaq və əməliyyatlar 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırılacaq.
Eləcə də bax: Müqəddəs məbədin maliyyəçi cəngavərləri – TAMPLİERLƏR
Pul köçürməi 5-10 saniyə çəkəcək – AZƏRBAYCANDA YENİLİK
18:43
6 İyun 2018