FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin sentyabr ayında pul bazasının həcmi ötən aya nəzərən 553 mln manat və ya 6,65% artaraq 8 mlrd 871,5 mln manata çatıb.
Xatırladaq ki, 2018-ci ilin avqust ayında pul bazasının həcmi 8 mlrd 318,2 mln manat olub.
Qeyd edək ki, 2018-ci ilin avqust ayında pul bazasının məbləği ilin əvvəlinə nəzərən 3,70% və ya 328,3 mln manat artıb .
Tarix | mln. AZN |
---|---|
28.09.2018 | 8871.5 |
31.08.2018 | 8318.2 |
31.07.2018 | 8888.9 |
29.06.2018 | 8588.0 |
31.05.2018 | 8404.4 |
30.04.2018 | 8413.0 |
30.03.2018 | 9471.0 |
28.02.2018 | 9180.6 |
31.01.2018 | 8761.6 |
29.12.2017 | 8543.2 |