Bu ilin 1 mart tarixinə Azərbaycan banklarının vaxtı keçmiş kreditlərinin həcmi 425,1 manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə problemli kreditlərin 330,8 milyon manatı paytaxt Bakının payına düşüb.
Sumqayıt şəhərində vaxtı keçmiş kreditlərin məbləği 14,2 milyon manat, Gəncədə 10,3 milyon, Abşeronda 5,5 milyon manat təşkil edib.
Naxçıvan şəhərində bu göstərici 5 milyon manat, Şəmkir rayonu üzrə 4,6 milyon manat, Zaqatala üzrə 3,9 milyon manat, Xaçmaz rayonu üzrə 3,8 milyon manat, Neftçala rayonu üzrə 3,7 milyon manat idi.
Problemli kreditlərin həcminin ən az olduğu rayonlar Lerik, Yardımlı, Oğuz, Ağdam, Şabran, Naftalan və Şərurda 0,1 milyon manat olmaqla qeydə alınıb.