"31 dekabr 2019-cu il vətəndaşların müraciətlərinin qəbulunun son günüdür. Biz çalışırıq ki bütün vasitələrlə müştəriləri məlumatlandıraq".
FED.az xəbər verir ki, bunu “Unibank” KB-nın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov deyib. M. Məmmədov bildirib ki, bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən, ötən müddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq bir qədər çətin olur: "Ona görə SMS, zəng çatmayan Fərmana əsasən restrukturizasiyaya aid olan və borcunu hələdə restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza müraciət edərək restrukturizasiya müqaviləsini imzalasınlar.
Eləcə də bax: Restrukturizasiya müştərilərin - KREDİT TARİXCƏSİNİ YENİLƏYİB
Bu həmin müştərilərinin aylıq kredit öhdəliklərinin azalması və tarixçələrinin yenilənməsi üçün çox vacibdir. Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində , “Dərnəgül” və “Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Unibank olaraq prosesin vaxtında və yüksək səviyyədə icrası üçün bütün imkanlardan istifadə edirik".