Dünən Azərbaycan Beynəlxalq Bankında Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.
FED.az xəbər verir ki, bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib.
Etibarlı mənbədən aldığımız məlumata görə, iclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub.
Qəbul edilmiş qərarlar isə Maliyyə Nazirliyinə və müvafiq qurumlara göndərilib.
Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.
Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.
Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir.