FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, noyabr ayının 1-nə olan vəziyyətinə banklarda vaxtı keçmiş kreditlərin məbləği 1889.6 mln. manat təşkil edir. Bu ötən ilin sonu ilə müqayisədə 417 mln. manat və ya 28,3% çoxdur.
Bankların problemli kreditləri yanvar ayının sonundan başlayaraq çoxalır.
Problemli kreditlərdə çoxalmanın əsas səbəbi ölkədə dolların məzənnəsi, iqtisadi aktivliyin azalması və əhalinin gəlirlərinin azalmasıdır.
Xatırladaq ki, Azərbaycan banklarında vaxtı keçmiş kreditlərin ən aşağı olan həddi 2005 –ci ilin sonunda qeydə alınıb – 68.2 milyon manat. O vaxtdan indiyədək problemli kreditlər 1 mlrd 821,4 mln manat və ya 3 dəfə artıb.
Son iki ildə banklarda problemli kreditlərin dəyişməsi belədir:
İllər, aylar | Məbləğ (mln. manat) |
2016 | |
Yanvar | 1314,6 |
Fevral | 1329,5 |
Mart | 1326,5 |
Aprel | 1381,3 |
May | 1514.2 |
İyun | 1539.8 |
İyul | 1504.4 |
Avqust | 1592.9 |
Sentyabr | 1597.3 |
Oktyabr | 1375.6 |
Noyabr | 1442.3 |
Dekabr | 1472.6 |
2017 | |
Yanvar | 1633.1 |
Fevral | 1556.4 |
Mart | 1590.3 |
Aprel | 1594.0 |
May | 1739.8 |
İyun | 1810.7 |
İyul | 1812.8 |
Avqust | 1824.0 |
Sentyabr | 1857.1 |
Oktyabr | 1889.6 |